5 Fevral 20:13
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən gec ailə qurdum, 33 yaşımda... Anam xəstə idi, mən tək işləməliydim. Ailə qura bilməzdim. Ailə qursam, sənəti atmalıydım".

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Sevda Sanalıyeva "Tarixin bir günü" verilişində deyib:

"Rəqqasə idim, sənətimi atsaydım, maddi yük həyat yoldaşımın üzərinə düşəcəkdi. Anam sağalana qədər ailə qurmaq istəmirdim. Heç vaxt uşağa görə ailə qurmağı düşünməmişdim. Çünki mənə həkimlər diaqnoz qoymuşdular ki, sonsuzsan, heç vaxt övladın olmayacaq. Amma Allahın möcüzəsi...

Tək Azərbaycanda deyil, Rusiyada, Türkiyədə də müayinədən keçmişdim və eyni diaqnoz qoyulmuşdu. Çox müalicə aldım, xeyrini görmürdüm. Müalicəni atdıqdan dörd ay sonra hamilə olduğumu öyrəndim. Hər şey Allahın əlindədir".

Qeyd edək ki, Sevda Sanalıyeva iki dəfə evli olub. Onun iki övladı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər