Müğənni Şəbnəm Tovuzlu MTV Azərbaycan verilişində açıqlamaları ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Şəbnəm Tovuzlu bu sözləri deyib: “İnsan çəki atanda açıq geyinməlidir?! Əslində, mən bir söz deyim. Düzdür, mənim də açıq-saçıq geyimlərim olub, amma qadın nə qədər qapalı olsa, o qədər daha maraqlı, gözəl olur, diqqət çəkir. Mən həyat yoldaşıma çox qadağalar qoymuşam. İnsan sevdiyi insan üçün saç düzümləri edər, geyinər. Mən geyim tərzimi, saç düzümümü həyat yoldaşımın sevdiyi kimi edirəm. Evimdə həyat yoldaşım üçün xanım, övladlarım üçün gözəl anayam. Qapalı və zövqlü geyinirəm. Həyat yoldaşıma əsəbləşəndə dekolteli geyinirəm”.
Şəbnəm Tovuzlu qalmaqal yaşadığı müğənni Nigar Camala da cavab verib: “Nigar Camaldan incimirəm. Bilirsiniz ki, ona nə zaman pis olmuşdum, kəmər məsələsində... Həmin gün dörd-beş proqram var idi, maşında kəməri tələsik taxmışdım. Onu o qədər şişirtmək lazım deyildi. Sonra düşündüm ki, deyib-deyib da... İkinci söhbətdən isə heç incimədim. Düz deyir, çox çılğın, enerjili xanımam”.
Qeyd edək ki, Nigar Camal illər əvvəl Şəbnəm Tuzlunun “Gucci” brendinə məxsus kəməri tərs taxmasını ələ salmışdı. Daha sonra "çox isti bir insandır, danışanda yandırır", - deyə qeyd etmişdi.