Dünya mediası bir neçə gündür məşhur hindistanlı aktyor Mitxun Çakrabortinin (Cimi) ölümü ilə bağlı iddianı müzakirə edir.
Teleqraf.com xəbər verir ki, aktyorun ölümünə dair şayiə onun Feysbuk sosial şəbəkəsindəki səhifəsindən yayılmağa başlayıb.
Səhidəfəki ən son yeniləmə 6 aprel 2021-ci il tarixinə aiddir.
Mitxun Çakraborti ilə bağlı həyəcanlı xəbər onun oğullarından biri, eyni zamanda aktyor olan Maxaşay Mimox Çakrabortinin də İnstaqram səhifəsində yer alıb.
Hindistan mətbuatının məlumatına görə, Çakraborti fevralın 10-da döş qəfəsində ağrı şikayəti ilə xəstəxanaya yerləşdirilib. Sonradan məlum olub ki, aktyor insult keçirib.
Xəstəxanadan buraxılış fevralın 12-də baş verib, üç gün sonra – ayın 15-dən öldüyünə dair xəbərlər yayılmağa başlayıb. Amma bu iddianın rəsmi təsdiqi yoxdur.
Hazırda Çakrabortinin 73 yaşı var.