19 Fevral 17:47
837
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni İlahə Fəda Almaniyaya köçüb.

Bu haqda Teleqraf.com-a ifaçının özü məlumat verib: “Altı aydır Almaniyaya köçmüşəm. Burada çoxlu dostlarım vardı. Onlar həmişə mənə deyirdilər ki, bura gəlin, mən də elə elədim. Burada həm sənətimlə məşğul oluram, həm də konsertlər təşkil edirik. Bakıya yayda bir aylıq gələ bilərəm. Bakıda toylara dəvət almıram. Orada çox oxuyan var, mənə nə səhnədə, nə də toy mərasimlərində yer var.

Vətənimdən küsməmişəm. Vətəndən küsmək olmaz. Mən ali təhsilli musiqiçiyəm. Özüm müraciət etməyimə rəğmən telekanallar məni proqramlarına dəvət etmədilər. Halbuki AzTV səsimi “Qızıl fond”da saxlayır. Heç vaxt pul qazanmaq üçün toy mahnıları oxumadım. Dəfələrlə Filarmoniyada klassik əsərlərdən ibarət konsert proqramı ilə çıxış etmişəm”.

İlahə Fəda onu da qeyd edib ki, konsert proqramı ilə çıxış edəcək: “Martın 9 Kölndə çox gözəl konsertimiz olacaq. Mayda isə Türkiyədə və daha sonra Şimali Kipr Türk Cümhuriyyətində konsert proqramı ilə çıxış edəcəm”.


Müəllif: Rəqsanə Həsənova