12 Mart 14:21
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Səbinə Babayeva "Söz baz" verilişində açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Səbinə Babayeva müğənni Nigar Camalın "Avroviziya" Beyləlxalq Mahnı Müsabiqəsinin iştirakçılarından yalnız biz yadda qaldıq, digərləri unuduldu" sözlərinə cavab verib:

"Məncə, bu, Nigar Camalın fantaziyasıdır. Mənə görə "Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsində ən çox yadda qalan mənim və Alim Qasımovun çıxışı oldu. Digər yaddaqalan çıxışlar isə Elnur Hüseynov, Samir Cavadzadə, Aysel Teymurzadə və Araş olub. Təbii ki, Nigar Camalla Eldar Qasımov da yadda qalıblar, çünki müsabiqədə birinci olublar. Amma mahnı zəifdir".

Səbinə Babayeva yenidən "Avroviziya" yarışmasına qatılmaq istəyini də dilə gətirib: "Deyəsən, mənə ehtiyac var. Məndən və Fərid Məmmədovdan sonra ilk beşlik və onluğa düşən iştirakçı olmayıb. Ona görə bəlkə yenidən "Avroviziya" Beynəlxalq Mahnı Müsabiqəsinə qatılacam".

Qeyd edək ki, Səbinə Babayeva "Avroviziya 2012"də ölkəmizi təmsil edib və ilk dördlükdə qərarlaşıb.


Müəllif: Rəqsanə Həsənova