3 Aprel 15:47
891
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Ayan Babakişiyeva "Rəngarəng" verilişində meyxanaçı Aqşin Fatehlə münasibətindən danışıb.

Teleqraf.com xəbər verir ki, Ayan Babakişiyeva bu sözləri deyib:

"Aqşin Fateh haqqında danışmaq istəmirəm. Münasibətim olmayan adamdır. Mən "Maşın şou"da sözümü yetərli qədər demişəm. Bir də uzatmaq istəmirəm. Bir insanla münasibətim yoxdur. O haqda nə danışa bilərəm? Onun yaradıcılığından və nə işlə məşğul olmasından xəbərim yoxdur.

Beynimi gərəksiz informasiya ilə doldurmaq istəmirəm. Mən ondan küsməmişəm, çünki münasibətim yoxdur. Münasibətimiz "salam, sağ ol" səviyyəsində ola bilər".

Müğənni aparıcının "Aqşin Fateh sizinlə duet oxumaq istəsə, razılaşarsınızmı" sualına "Müraciət etməz, etsə rədd cavabı verərəm", - deyə bildirib.

Qeyd edək ki, illər əvvəl “Maşın şou"da müğənni Ayan Babakişiyeva ilə meyxanaçı Aqşin Fateh arasında qalmaqal yaşanıb.


Müəllif: Rəqsanə Həsənova