7 Aprel 15:29
1 102
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın dostluqları ilə tanınan Kıvanç Tatlıtuğ və Çağatay Ulusoy sosial şəbəkədə bir-birini izləmədən çıxarandan sonra sosial şəbəkələr və mətbuatda aralarında inciklik olduğuna dair xəbərlər yayıldı.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çağatay Ulusoy mövzu ilə bağlı ilk dəfə danışdı.

Çağatay Ulusoy ötən gün Armutluda bir məkandan çıxarkən görüntülənib. Mətbuat nümayəndləri ilə söhbət edən aktyor türk xalqının Ramazan bayramını təbrik edib.

Rəqəmsal platformada yayımladığı layihələrdən sonra seriallarla ekranlara qayıdan Ulusoy "Bu günlərdə çox çalışıram. Bəzən çəkilişlər çox gec bitir. Yoruluram, bu gün də yorulmuşam"

Ulusoya keçən aylarda həmkarı Kıvanç Tatlıtuğla mübahisə etdiyinə dair yayılan xəbərlər xatırladılıb. O da cavabında "İkimiz də çox aktiv sosial media istifadəçisi deyilik. Onsuz da bir-birimizi izləməmişikdik. Təbii ki, mənim işlərim və onun işləri...Sonra bir uşağı oldu, ona görə də görüşə bilmirik. Bu arada Kurt Efe də çox şirindir", deyə bildirib.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər