Məşhur meyxanaçı Namiq Qaraçuxurlu konsert turuna başlayır.
Teleqraf.com xəbər verir ki, tanınmış sima fərqli formada xalqa müraciət edərək Gəncə, Naxçıvan və Lənkəranda solo konsert verəcəyini bildirib.
Bunun üçün Qaraçuxurlu illər əvvəl ifa etdiyi “Rəvayət”i çağdaş dövrdə lentə aldırıb, həmin ab-havanı yaratmağa çalışıb.
Rəvayət deyən sənətçi Azərbaycan turuna çıxacağını musiqili formada təqdim edir.
İlk konsert Gəncədə, mayın 12-i Gəncə Dövlət Filarmoniyasında olacaq. Daha sonra növbəti ünvan 18 may, Naxçıvandakı Heydər Əliyev Sarayı, 26 may tarixində isə Lənkərandakı Olimpiya İdman Kompleksində səhnəyə çıxacaq.
Təşkilatçı şirkət “JamMedia”dır.