19 Aprel 11:30
1 685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor-müğənni Sərxan Kərəmoğlu aparıcı Kamran Həsənlinin "Müğənni efirə gəlmək üçün aparıcının cibinə pul qoyur. Efiri bazara çeviriblər" fikirlərinə sərt reaksiya göstərib.

Teleqraf.com xəbər verir ki, Sərxan Kərəmoğlu şəxsi İnstaqram səhifəsində bu sözləri yazıb:

“Yetər artıq! Kamran bəyin televiziya sahəsində peşəkarlığına və savadına kimsənin şübhəsi yoxdur, amma bu qədər də insanları və həmkarları aşağılamaq olmaz. Sizin gördüyünüz işlərin davamçılarıdırlar, niyə təəccüblənirsiniz? “Space” telekanalında efirə çıxardıqlarınız pulsuz idi? Ödəniş etmirdilər? “Sizin saat” və “Musiqili meydan” verilişlərinə hamı pulsuz çıxırdı? Ya mənim verilişimə pulsuz çıxırdılar?

Televiziya sahəsində siz çox yararlı işlər görmüsünüz və vicdanı olan bunları dana bilməz. Amma siz elə həddə gətirmisiniz ki, gənc nəsil artıq sizə “Sən kimsən?” deyə müraciət edir. Pafoslu sözlərdən, fikirlərdən istifadə etməkdən bezmədiniz? Nə var, nə var, bəlli küskün bir kütlənin damarından istifadə edib, yalançı sevgi qazanmaq istəyirsiz. Bunlar çox davam edəcək? Sizə belə mövqedə olmaq yaraşmır, çünki müasir Azərbaycan müstəqil televiziyasının ilklərindənsiniz. Əgər kimsə sizə söz veribsə ki, belə çıxışlar et, səni televiziya rəhbəri vəzifəsinə gətirəcəklər, bax, orasını artıq bilmirəm.

Mənim Kamran Həsənliyə tövsiyəm: televiziya mövzularını artıq bitirsin. O ki qaldı gənclərin efirlərə pul verməsinə və ödənişli efirə çıxmasına, deyim xəbəriniz olsun ki, hələ sovet dövründən belədir. Pulla efirə çıxmaq irsi olaraq keçib".


Müəllif: Rəqsanə Həsənova