Mərhum xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyevanın səhhəti pisləşib.
Bu haqda Teleqraf.com-a xalq onun oğlu Rövşən Quliyev məlumat verib: "Anamın səhhəti ağırdır. Bir həftədir xəstəxanadan evə gətirmişik. Reanimasiyada qalmasını istəmədik. Ev şəraitində müalicəsi davam edir, səhhətində irəliləyiş yoxdur".
Qeyd edək ki, Gülzar Quliyeva sirroz xəstəliyi ilə yanaşı insultdan da əziyyət çəkir.