Müğənni Vəfa Şərifova "Elgizlə izlə" verilişində həmkarı Şəbnəm Tovuzlu ilə münasibətindən danışıb.
Teleqraf.com xəbər verir ki, aparıcı Elgiz Əkbərin "Şəbnəm Tovuzlu barışdınız?” sualına Vəfa Şərifova: “Bizim davalıq məsələmiz yoxdur”, - deyə cavab verib.
İfaçı daha sonra Elgiz Əkbərin “Şəbnəm Tovuzlunun keçmiş həyat yoldaşı səninlə evlənib” sualına isə belə cavab verib: “Mən bu haqda danışmaq istəmirəm. Şəbnəm Tovuzlunun övladları var və onlar böyükdürlər. Mənim də övladlarım var. Bu mövzu haqda danışmayaq”.
Qeyd edək ki, Vəfa Şərifovanın həyat yoldaşı, iş adamı Famil Xəlilovun adı öncələr müğənni Şəbnəm Tovuzlu ilə hallanıb. Daha sonra müğənni Vəfa Şərifova Famil ilə eşq yaşadığını, ailə qurduğunu açıqlayıb.