Aparıcı Xoşqədəm Hidayətqızı mərhum xalq artisti İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu Orxan Nadirovun axtarışının davam etdiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı "Səni axtarıram" verilişində bu sözləri deyib:
"Bizə Rusiya hüquq-mühafizə orqanlarından iki fərqli cavab gəlib. Cavabın birində onun Türkiyəyə getdiyi, digərində isə Rusiyadan kənara çıxmadığı qeyd edilir. Hazırda Türkiyədə axtarışlarımız başlayıb, cavabı gözlədiyimizə görə müvəqqəti dayanmışıq. Orxan Nadirovun axtarışı dayanmır. Mənə qeyri-rəsmi onu da bildiriblər ki, Orxan Nadirovu Rusiyada Baş Kəşfiyyat İdarəsi saxlayır".
Orxan Nadirovun anası Lalə xanım da aparıcının sözlərini təsdiqləyib: "Mən də elə eşitmişəm".