11 İyul 18:08
3 491
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Tənqidin nəticəsi olmalıdır. "Tik-Tok" platforması bağlanmalı və yaxud müəyyən çərçivəyə salınmalıdır. Bu məsələ ilə aidiyyəti qurumlar məşğul olmalıdırlar. "Tik-Tok"da baş verənlər doğrudan da böyük faciədir. Gənclərimizin zövqünü, həyata baxışını korlayan platformadır"

Teleqraf.com xəbər verir ki, bu sözləri əməkdar artisti Tahir İmanov "Talknex" yutub layihəsində deyib:

"Biri kamera qarşısında yemək yeyir, bilmirsən qadındır, yoxsa kişi. Boş-boş danışıb, nə qədər baxış sayı toplayır".

Tahir İmanov rüşvətdən də danışıb: "Mənə imkan verilsəydi, ən azında 100-200 nəfər müəllimi həbs etmişdim. Çünki bunun cəzası ancaq budur. Həbs olsa digərlərinə də dərs olar. Demirəm ki, rüşvət almayacaq. Amma heç olmasa qorxa-qorxa rüşvət alacaq. Eynilə digər sahələrdə və televiziyada da... Telekanal rəhbərləri iclasa dəvət edildi, nə oldu? İndi beş-altı bayağı, neqativ layihə bağlansa, toy-bayram olacaq, cəmiyyətə yeni nəfəs veriləcək.

Azərbaycan kişisini nə qədər aşağılanmış obrazda, rəzil vəziyyətdə göstərmək olar? Bu, nə biabırçılıqdır? Biz qalib xalqıq. Biz əsl kişilər dövründə yaşayırıq. Niyə əsl kişiləri qoyub, qeyri-kişiləri, qeyri-qadınları təbliğ edirsiniz? Televiziya rəhbərləri açıq-aşkar dedilər ki, bu, reytinq gətirir. Reytinq olmasa işçini dolandıra bilməyəcəklər. Bu, boş bəhanədir. Onlar ciblərini düşünürlər. Həmişə televiziya özünü dolandırıb".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər