17 İyul 01:19
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyalı müğənni Adel bir müddətlik musiqidən ayrılmaq istəyir.

Teleqraf.com xəbər verir ki, ulduz müğənni bunu jurnalistlərə açıqlamasında deyib.

O, hazırda musiqi sahəsində yeni planlarının olmadığını etiraf edib: "Mənə böyük fasilə lazımdır və ən azı bir müddət başqa yaradıcılıqla məşğul olmaq istəyirəm".

Təxmin edilir ki, müğənni Almaniyada silsilə konsertlər verdikdən sonra - yayın sonlarında sənətinə fasilə verəcək.

Adelin sonuncu musiqi albomu 2021-ci ildə işıq üzü görüb. Bu albom müğənninin boşandıqdan sonra keçirdiyi hisslərə, eləcə də ilk analıq təcrübəsinə həsr olunub. O vaxtdan bəri sənətçinin həyatında xeyli dəyişiklik olub. O, ikinci dəfə evlənib və tez-tez ikinci uşaq istədiyini açıqlayıb.


Müəllif: Arzu

Oxşar xəbərlər