“Mən bu adamı tanıyıram, yaşadığı yeri də bilirəm. Çox təhlükəli insandır. Sadəcə səbr etməyə çalışdım. Həm də belə mövzu ilə gündəmə gəlməyə utandım, amma məcburam. Buradan deyirəm, əgər mənə nəsə olsa, bilin ki, səbəbkarı bu insandır".
Teleqraf.com xəbər verir ki, bunu müğənni Sevda Sanaliyeva sosial şəbəkədə yazıb. O tanıdığı şəxs tərəfindən izlənildiyini bildirib.
Onun sözlərinə görə, dəfələrlə 102-yə şikayət edib, məhkəməyə, bölməyə ərizəli şəkildə müraciət edib:
"Uzaqlaşdırma qərarının çıxarılması bir az vaxt tələb edir, amma bilmirəm ki, buna vaxtım var, ya yox. Qərar çıxana qədər, bəlkə də, mən olmayacağam. Dünən yaxşı qurtardım, amma bu gün nə olacaq bilmirəm. Buradan bütün Azərbaycan xalqına deyirəm ki, mənə nəsə olsa, səbəbkarı odur.
Bəlkə anam, atam yoxdur, yiyəsizəm deyə, belə hərəkət edir. Amma mənim Allahım var, ona güvənirəm. Azərbaycan polisinə güvənmək istəyirəm. Bilirəm ki, həmin şəxs məni izləyir. Ona deyirəm ki, bir də yaşadığım binanın ətrafına gəlsən, arxamca düşsən, övladlarıma yaxın gəlib onları danışdırmağa çalışsan, üzünü göstərəcəyəm və adını soyadını da deyəcəyəm.
Videoda da əlində nəsə var idi, arxasında gizlədirdi. Sabah nə edəcək mən bilmirəm, çox narahatam. O insanın məni təhdid etməsi ilə bağlı səsli mesajları var. Lazım olsarsa, onları da yayımlayacağam. İnşallah ki, ehtiyac qalmaz.
Əgər onun başqa şəxslərə də ziyanı dəyibsə, mənim instaqram hesabıma yazsınlar”.