Aktrisa Dakota Conson Coldplay qrupunun solisti Kris Martinlə ayrılacağı və toyunu ləğv edəcəyi ilə bağlı şayiələr fonunda nişan üzüyü ilə ictimaiyyət qarşısına çıxıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "People" yazır.
“Bozun 50 çaları” filminin ulduzu dostları ilə gəzərkən, barmağında iri daş olan nişan üzüyü ilə görüntülənib.
Conson və Martin 2019-cu ildə ayrılıb, qısa aradan sonra barışmışdılar.