24 Avqust 01:11
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şahzadə Harri və Meqan Markl Netflix ilə 100 milyon dollarlıq müqavilələrini itirə bilərlər.

Teleqraf.com xəbər verir ki, "Netflix" Şahzadə Harri və Meqan Markl ilə əməkdaşlığı davam etdirmək niyyətində deyil.

Platforma hazırda Meqan Marklenin yemək şousu və Şahzadə Harri ilə peşəkar polo haqqında sənədli serial üzərində işləyir. Ancaq insayderlərin məlumatına görə, "Netflix" 2020-ci ildə cütlüklə imzaladığı 5 illik 100 milyon dollarlıq müqaviləni yeniləmək niyyətində deyil.

Qeyd eidlir ki, "Netflix"in Sasseks hersoqları və onların istehsal şirkəti "Archewell" ilə sövdələşməni müasir televiziya tarixinin ən pis səhifəsidir. Cütlüyün 2022-ci ildə Harry və Meqanın kral ailəsindən ayrılması ilə bağlı sənədli serialı hit olsa da, onun uğuru Britaniya monarxiyası haqqında qalmaqal və dedi-qodularla bağlı idi. Beləliklə, Meqanın yemək şousu və Şahzadə Harrinin polo seriyası tamaşaçılar üçün maraqlı olmayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər