12 Sentyabr 11:31
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikada yaşayan aparıcı Günel Hümbətova sosial şəbəkə hesabında paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, Günel Hümbətova Nyu-Yorkdan Mayamiyə köçməsinin səbəbini açıqlayıb:

"Mayamini yalnız Şeyma Subaşının instaqramdaki “stori”lərindən tanıyanlar elə bilir bura yalnız məclis və "vur çatlasın" şəhəridir. Əslində bura çox dinc şəhərdir. Burada bəzi məhəllələr var, birində də biz yaşayırıq, əsl cənnətdir. Sakit, səliqəli, təmiz… Əsl komfortlu yaşamaq və uşaqları böyütmək üçündü. “Parti”lər isə şəhərin mərkəzində və turistik cənub çimərliklərdədir - mənsə oraları heç sevmirəm. Mən Manhettandan qaçıb, Mayamiyə gələn adamam. Yaşadığım rayonunun ən sevdiyi tərəfi yaşıllıqlardı..."

Qeyd edək ki, Günel Hümbətova Firuz Soliyevlə ailəli olub. Cütlüyün Jozefina adlı bir qızı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər