10 Sentyabr 15:29
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Burada nə Vəfanın, nə mənim, nə də bəstəkarın günahı var. Bilmədən ki, Arzu xanım may ayında mahnını mənə satıb. Mən də mahnını kənara qoymuşam. Tural Vəfa xanıma üç mahnı atıb. Vəfa digər mahnını seçib, onun pulunu göndərib. Burada bir şey var. Vəfa məndə günah görə bilməz, bildiyim qədərilə görmür".

Teleqraf.com bildirir ki, bu sözləri "Nigar xanım" verilişində müğənni Şəbnəm Tovuzlu həmkarı Vəfa Şərifova ilə mahnı qalmaqalından danışarkən deyib. O bildirib ki, sözügedən mahnı birinci ona satılıb:

"Hər ikimizin də mahnı yadımızdan çıxıb. Baxdım ki, Tural mahnının nəqarətini oxuyub, TikTok-da paylaşıb. Onun adətidir, yazdım ki, bu mahnını satmısan, qoy oxuyub, çıxarım, sonra paylaşarsan. Mən də aranjimançının yanına getdim ki, bu mahnını çıxarmaq lazımdır. O da dedi ki, mahnı mənə tanış gəlir. Onun üstündən 3-4 mahnı oxuyub, yadına düşməyib. Aranjimançıya dedim, aç qulaq asım ki, oxuyubmu? Baxdım ki, mahnını yarıya qədər oxuyub. Demək ki, bunu bəyənməyib. Onda dedim ki, götür zəng elə Vəfaya. Onda Vəfanın yadına düşmədi, amma deyəndə ki, Şəbnəm də gətirib. Qayıtdı ki, aranjiman etdirmişəm, yutubda gizlidə qalıb. Mən də mahnının müəlliflərinə zəng etdim. Arzu xanım dedi ki, Tural səhv edib, mən mahnının halallığını sizə verirəm, Vəfayla özüm danışacam. Eləcə də ona yazdı ki, Turalın səhvi olub, mahnını Şəbnəm xanıma vermişəm, oxumayın. Vəfa xanım nə etdi? Getdi, Nadirin yanına, Turala deməyiblər ki, sözləri lisenziyalaşdırmaq lazımdır. Bəstəkardan icazəsiz mahnını lisenziyalaşdırılıb. Nə vaxtdan sən mahnı sözü yazmısan? Vəfa xanım, sən bir sözü sözün ardınca efirdə danışa bilərsən. Söz-musiqi yazansamı? Təbii məsələdir ki, siz öncədən addım atdınız ki, Şəbnəm nəsə edə bilməsin. Mən də inanmadım ki, belə haqsızlıq edilər. İnanmazdıq ki, o qızın haqqına girərlər.

Mən də mahnını beş saatdır oxumuşam təqdim etmişəm. Görürəm ki Vəfa xanım tez-tələsik oxuyub, mahnınını TikTok-da yayır. Bu, nəyin rəqabətidir? Şəxsən mən Şəbnəm kimi, xanım kimi o vəziyyətdə olsaydım, deyərdim, bəstəkar mənə halallıq vermirsə, oxuyub dirəşməyimin mənası yoxdur. O şeydəki, mənə hallalıq verilməyib. Necə halal çörək pulu qazana bilərəm? Mənə o pis gəlir ki, sənə ər-arvad ikisi də yalvardı ki, mahnını oxuma. Elə bil ki, mayın 20-i mahnı mənə verilib, ayın sonu ona. Düşünürəm ki, bu, hal başqa ifaçı ilə yaşansa, Vəfa mahnını qoyub gedərdi. Demək ki, Şəbnəm adı varıydı, əl qoymuşdu, deyə belə etdilər. Nə Vəfa, nə də ətrafı mən atdığım addımı ata bilməzlər. Həmişə mənim addımımla irəliləmisiniz. Əcəb etmisiniz. Məsələn, danışanda deyir ki, məndən reklam qazanırsan. Mən niyə? İllərdir əziyyət çəkmişəm. Şəbnəm Şəbnəmdir.

Bu gün sən məndən iki pillə trenddə yuxarı ola bilərsən. Bunun da yolları var. Necə ola bilər ki, baxışda, laykda səndən üstünəm. Amma trenddə sən iki oldun, mən 4. Bu işi bilənlər anlayırlar ki, bura 3-4 min pul qoyulub, oyunlar oynanılır. Nadir, buradan sənə deyirəm. Vəfanın günahı yoxdur. Ona o ağılı verən sənsən. Belə etmə. Ən böyük haram işi sən görürsən. Onlar özləri özlərini aldadırlar. Mənim instaqramda nəsə atmaca atdığımı görmüsünüz? Mən dünənə qədər Vəfayla şəkillərimizi yanbayan qoyulan xəbərləri sildirmişəm. Həqiqətən bu qadınla söz-söhbət istəmirəm. Dillənəndə çox böyük-böyük, başından yekə danışır. Orada yazıb ki, üstümə ortalıq qadınını saldınız. Onu mənə yox, bəstəkara deyir. Anası çıxar deyər ki, niyə ortalıq qadını olur ki? Həyat yoldaşı, balası var. Əksinə sən onun mahnısını mənimsəmisən. Bu mahnı mənimdir, mənim üçün yazılıb".//Olay.az


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər