12 Sentyabr 12:19
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, müğənni Kərimin toy mərasimlərinin birində ev sahibi tərəfindən döyülüb.

Xəstəxanaya yerləşdirildiyi bildirilən müğənninin köməkçisi Rüzgar bəy Teleqraf.com-a açıqlamasında Kərim Abbasovun xəstəxanada deyil, evində olduğunu bildirib: "Kərim Abbasov xəstəxanada deyil".

"Kərim Abbasovun səhhətində hər hansı ciddi problem varmı" sualına cavabda ifaçının köməkçisi deyib: "Səhhətində nələrsə var, bu haqda danışmaq istəmir. İnşallah, yaxın günlərdə özü məlumat verər",-deyə cavab verib.

Qeyd edək ki, hadisə sentyabrın 10-da Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Kərim Abbasovun fonaqramma ifa etməsi məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib. Baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər