10 Sentyabr 15:08
10 631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Aytən Səfərova yeni televiziya mövsümündən Xəzər televiziyasında aparıcısı olduğu “Xəbər ertəsi” verilişi ilə efirə qayıdır.

Bu haqda Teleqraf.com-a aparıcının özü məlumat verib: “Aparıcı kimi fəaliyyətimə davam edəcəm. Efirdə olmasam belə iyunun 1-dən verilişimə rəhbərlik etdim. Eləcə də Xəzər televiziyasında Xüsusi informasiya layihələri departamentində şef redaktor vəzifəsindəyəm. Kifayət qədər məsuliyyətli bir vəzifədir. Efirdə olmasam da efirdən daha ciddi işlə məşğul idim. Amma hazırda efirə qayıtmağın vaxtıdır. Tamaşaçılar sentyabrın 16-dan məni efirdə görəcəklər”.

Qeyd edək ki, aparıcı bir müddət əvvəl avtomobil qəzası keçirmişdi.

Xəzər televiziyasının rəhbəri Murad Dadaşovdur.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər