12 Sentyabr 14:18
1 041
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şadlıq saraylarından birində ev sahibi tərəfindən döyülən müğənni Kərim Abbasov fonaqram ifa etməsi haqqındakı iddiaları yalanlayıb.

Teleqraf.com xəbər verir ki, Kərim Abbasov İnstaqramda həmin toy mərasimində canlı ifa etdiyi videonu paylaşıb.

Sözügedən videonu təqdim edirik:

Qeyd edək ki, hadisə sentyabrın 10-da Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Kərim Abbasovun fonaqram ifa etməsi məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verdiyi vurğulanıb. Baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər