10 Sentyabr 08:48
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər aparıcı-prodüser Tarix Əliyevin (Tolik) feysbuk səhifələrini şikayət ediblər.

Teleqraf.com Axşam.az-a istinadən xəbər verir ki, bu haqda Tolik özü məlumat yayıb. O bildirib ki, buna səbəb Xankəndidə çəkdirdiyi foto olub:

"Xankəndidə heç vaxt olmamışdım. Orada olmaq arzum idi. Xankəndidə ermənilərin "Baba və nənə" abidəsi var. Hamımız onun qarşısında şəkil çəkdiririk, görsünlər ki, azərbaycanlılar gəliblər. Bu fotonu feysbukda paylaşmışam. Ermənilər kütləvi şəkildə şikayət etdikləri üçün 10 ilə yaxındır təsdiqlənmiş səhifəmi və 70 mindən çox olan fan səhifəmi bağlayıblar. Bunu görən kimi feysbuka məktub yazdım ki, heç bir qanun pozuntusu etməmişəm. Şirkətdən mənə apelyasiya şikayəti verməyi tövsiyə edirlər. Amma mən səhifəmə daxil ola bilmirəm ki, apelyasiya şikayəti verim. Düşünürəm ki, bəzi qurumlar bununla bağlı feysbuka məktub yazmalıdırlar".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər