Müğənni Xatirə İslam "Həmin Zaur" verilişindəki dekolteli transparan korsetini tənqid edənlərə cavab verib.
Teleqraf.com xəbər verir ki, müğənni şəxsi İnstaqram hesabında bu sözləri yazıb: “Bəzən efirdə reklam arası elə problemlər yaşanır ki, cavab vermək də olmur, verməmək də. Lazım olan adamın anında cavabını verməyəndə şəkillərdə belə aqressiyalı görünürəm. Dostlarımın, Zaur Kamalın, Rüfət Axundovun olduğu yerdə lazım olanda susuram. Hər şey qurban olsun sizə. Məni yalnız sığal çəkərək susdurmaq olar, səs qaldırmaqla yox. Mənim ağzımı açdırmayın, çox şey danışa bilərəm”.