Britaniyalı model Edi Kempbell Tiffany & Co. zərgərlik brendinin yaz-yay kolleksiyasının siması olub.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Ağ-qara fotolardan və qısametrajlı filmdən ibarət reklam kampaniyasında Edi iki müxtəlif obrazda görünüb. Çılğın qızcığaz obrazı üçün saçlarını qısa kəsdirən model videonun ikinci hissəsində güclü xarakteri olan qadını əks etdirir.
Kempbell brendin Tiffany T və Atlas kolleksiyalarını reklam edəcək.
Rüstəm