22 May 2015 13:42
961

Türkiyənin tanınmış müğənnisi Ebru Gündəşdən Azərbaycanı “Eurovision 2015” mahnı yarışmasındakı təmsilçisi Elnur Hüseynova dəstək gəlib.


Teleqraf.com-un məlumatına görə, sənətçisi Elnurun yarışmada iştirakı zamanı çəkilən fotonu özünün “İnstagram” bloqunda paylaşıb və təəssüratını belə ifadə edib:

“Alqışlar Elnur Hüseynova! Böyük səs sahibinin inşallah davamı da gözəl olacaq. Mikrofonun haqqını verən səs”.

Xatırladaq ki, Elnur Hüseynov “O səs Türkiyə” mahnı yarışmasında münsif olan Ebru Gündəşin favoriti olub.


Müəllif: