24 May 2015 13:41
908
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktyor Dueyn Conson "selfi" üzrə yeni rekorda imza atıb.

Bu barədə Trend lenta.ru saytına istinadən xəbər verir.

Belə ki, Conson öz smartfonu ilə 3 dəqiqə ərzində 105 "selfi" çəkib. Qeyd edək ki, bundan əvvəlki rekord 75 "selfi" olub.

"Ginnes rekordlar kitab"-ın hakimi Mark Makkinli qeyd edib ki, bütün şəkillər qaydalar çərçivəsində çəkilib. Bir neçə şəkil yoxlanışı keçməyib, nəticədə 105 "selfi" qalıb.


Müəllif: