4 İyun 2015 18:43
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yumorist Fərda Xudaverdiyev “Günaydın” verilişində həbs olunması xəbərinə aydınlıq gətirərək çətin günlərdə dostlarını tanıdığını bildirib:


“Axır zamanlar mətbuat gündəmdə olan insanları “vurmağa” çox meyllidir. Viruslar, həşəratlar tökülüb sosial şəbəkələrdə oturublar. 15 ildir ki, səhnədəyəm. Yeganə aktyoram ki, təkbaşına saat yarımlıq monoloqlarla çıxış etmişəm. Bu haqda heç saytlarda geniş informasiya oxuya bilməmişəm. Sanki hər kəsin büdrəməsini gözləyirlər. İşi, sənəti işıqlandırmaq lazımdır. Kimsə büdrəyəndə tanışı olduğu saytlara zəng edib “xəbər var, yaz yıxaq-sürüyək” deyənlər çoxdur. Mən heç kəs tutmayıb. Mənim kreditə aldığım avtomobil sonradan başqa birisinə satılıb. Sadəcə, addan-ada keçirmək mümkün deyil. Sadəcə, bir nəfərə etibar edirsən və həmin şəxs sənin yerinə ödənişləri davam etdirir. Həmin şəxs də yoxa çıxmışdı. Sonradan bəlli oldu ki, həmin şəxs Azərbaycanda deyil. Avtomobil isə bölgələrdən birində olub. Adamı tapmaq xeyli vaxt çəkdi. Müqavilənin vaxtı isə bitmişdi. Mən də həmin adamı axtarırdım. Film çəkilişləri ilə bağlı Türkiyəyə uçmalı idim. Hava limanında pasportumu təqdim edəndə məlum oldu ki, mənə ölkədən çıxmağa qadağa qoyulub. Orada məsələni araşdırdıq. Mənim qaçası yerim də yoxdur. Bütün işim-gücüm Azərbaycandadır. Ay məni saxladılar, həbs etdilər, döydülər... Yalandır! “Facebook”a girəndə artıq yazılanları gördüm. Amma nə olur yaxşılığa olur. Bu günlərdə cib dostlarını tanıdım. Necə ki, ayağım bir balaca büdrəyəndə siz yanımda olmadınız, bundan sonra da mən sizin yanınızda olmayacağam”.


Qeyd edək ki, “Günaydın” verilişi həftə içi 5 gün saat 14:20-də teleaparıcı Vüsalə Kərimovanın təqdimatında “Space” telekanalında yayımlanır. Proqramda şou aləmində baş verən ən aktual məsələlər müzakirəyə çıxarılır.


Müəllif: