8 Avqust 2015 14:07
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı İkbal Gürpınar 34 yaşlı həyat yoldaşı Emre Ermiş tərəfindən döyüldüyü iddiası ilə boşanma ərizəsi yazıb.

Aparıcı əri ilə birlikdə təqdim etdikləri “Kəbə yolları” proqramının çəkilişindən ötrü getdikləri Ümrə ziyarətində Emrenin onu yumruqla vurduğunu bildirib. Ailə qurduqdan sonra həyat yoldaşı tərəfindən qısqanıldığını deyən İkbal daha sonra ona qarşı fiziki və psixoloji şiddət göstərildiyini iddia edib.

İ.Gürpınar Kəbə ziyarəti zamanı E.Ermişin onu digər kişilərə sürtünməkdə günahlandırdığını, hətta evinə, avtomobilinə dinləmə cihazı yerləşdirdiyini söyləyib. Bu səbəbdən İkbal boşanmaqdan əlavə, Emredən 100 min lirə (təxminən 37 min manat) maddi, 500 min lirə (təxminən 188 min manat) mənəvi təzminat tələb edib. O, məhkəmə prosesinin gizli və mediaya qapalı şəkildə keçirilməsini istəyib./axsam.az/


Müəllif:

Oxşar xəbərlər