İlkin Həsəni növbəti filminin çəkilişlərinə start verib. “Axırıncı yol” adlanacaq filmin quruluşçu rejissoru Emil Abdullayev, quruluşçu operatoru Rəşad Qarayev, prodüseri isə İlkin Həsənidir.
Çəkilişlərin bir ay davam edəcəyini deyən İlkin Həsəni filmlə bağlı Teleqraf.com-a bəzi məlumatlar verib: “İkinci filmdə tam yeni heyətlə çalışırıq. Köhnə aktyor heyəti qalmaqla yeni aktyorlar da əlavə olunacaq. Amma rejissor, operator, bütün yaradıcı, texniki heyət dəyişib. Çəkilişlərimiz əsasən Bakıda və Azərbaycanın bəzi rayonlarında olacaq. Çəkilişlərin bir hissəsini əcnəbi ölkədə edəcəyik”.
“Ay Brilliant”la kinoda təcrübə qazandıqlarını deyən Həsəni ikinci filmdə səhvləri düzəltmək fikrindədir: “Ay Brilliant” bizim ilk işimiz idi. Və böyük təcrübə yığdıq. Filmi necə çəkməyi məhz o filmlə öyrəndik. Filmimizdə müəyyən darıxdırıcı məqamlar var idi. Özüm bir tamaşaçı kimi baxanda bunu açıq-aşkar görürdüm. Artıq bilirik ki, Azərbaycan tamaşaçısı nə istəyir, nəyə gülür. İkinci filmimizi elə çəkəcəyik ki, tamaşaçılar darıxmasınlar.".
Qeyd edək ki, “Axırıncı yol”un ssenari müəllifləri Ənvər Abbasov, Samid Ağayev və İlkin Həsəni özüdür.
Nərmin