“Closer” mahnısına çəkdiridiyim klip yayılanda təqdim ediləndə çox heyf ki, Bakıda deyildim. Xaricdə idim. İnsanlar elə düşünə bilərdilər ki, ona görə Bakıdan qaçmışam".
Bu sözləri Teleqraf.com-a müğənni Eldar Qasımov bildirib. O, qeyd edib ki, klipi sevənlərinə yaxın günlərdə təqdim edib: "Deməzdim ki, açıq- saçıq klip çəkdirmişəm. Sadəcə, mahnının sözləri necə tələb etdi, elə də çəkdirdik. Klipin birmənalı qarşılanmayacağını da bilirdim. Bunu mənimlə çalışan insanlar da demişdi. Klipi Ukraynalı rejissor çəkib. Bu addımı atdığıma görə, heç də heyfslənmirəm. İstədim ki, insanlar məni bu tərəfdən də görsünlər və başa düşsünlər. Düşünürəm ki, çox gözəl klipdir".
Qeyd edək ki, E. Qasımov mahnını ingilis dilində ifa edib.
Rəqsanə Həsənova