12 Sentyabr 2015 11:29
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün şou-biznesdə əvvəlki ajiotaj yoxdur”.

Bunu Teleqraf.com-a müğənni Ayaz Qasımov bildirib. Onun sözlərinə görə, əvvəllər Zülfiyyə Xanbabayeva, Faiq Ağayev, Aygün Kazımova, Brilliant Dadaşova konsert proqramı ilə çıxış edəndə bütün ölkədə ajiotaja səbəb olurdu:

“Bu gün də müğənnilər konsert verirlər və çox sevinirəm ki, dəyərli həmkarlarım üzərlərində işləyirlər. Amma konsertlər əvvəlki kimi ajiotaj yaratmır. Ona görə də bir çox müğənnilərdə işləmək həvəsi yoxdur. Sənətini sevən müğənni davam edir, amma partlayışa səbəb olan iş görmür. Mənim isə son vaxtlar şou-biznesdən uzaq olmağımın səbəbi toylarla bağlıdır. Toyun yorğunluğu çox olur. Onu ifaçılar daha yaxşı bilirlər. Toyda səs-küy insana psixoloji olaraq çox təsir edir. Sənətinlə bağlı iş görürsən, amma toyların yorğunluğuna görə efirə çıxa bilmirsən. Məqamı olanda efirə çıxıram. Əks təqdirdə niyə efirə çıxıb özümü gözdən salım? Səhər verilişlərinə çıxan vaxt gözlərin yorğun olur, səsin yerində olmur”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər