12 Sentyabr 2015 11:54
1 277

Uzun müddətdir İnstagramda izləyici sayına görə birinci yerdə olan aktrisa Kim Kardaşyan yerini gənc müğənni Teylor Sviftə təəhvil verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hazırda Teylor 45,9 milyon izləyici ilə birinci yerdədir. İnstagramdan qeydiyyatdan keçdiyi gündən 589 şəkil paylaşan müğənninin hər fotosuna orta hesabla 1 milyon "like" gəlib.

Qeyd edək ki, Kardaşyanın İnstagramda izləyicilərinin sayı 45,7 milyondur.

Samir


Müəllif:
Загрузка...