22 Sentyabr 2015 14:17
841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova bir vaxtlar Türkiyənin TMB telekanalında yayımlanan "Pırlantalı gecələr" verilişinin aparıcısı idi.

Müğənni Teleqraf.com-a açıqlamasında aparıcılıqla bağlı yeni təkliflər aldığını bildirib. O, deyib ki, hazırda həmin təklifləri dəyərləndirir: “Türkiyə kanallarından aparıcılıq etmək təklifləri gəlir. Sezon yeni başlayıb. Təkliflər mənə uyğun olsa, dəyərləndirəcəm və qəbul edəcəm”.

Hər zaman formada olan xalq artisti bunun sirrini də açıqladı: “Formada qalmaq üçün idman edirəm. Pis vərdişlərdən, siqaret, spirtli içkilərdən uzağam. Bu yetərlidir ki, insan Allahın ona bəxş etdiyi bədəni qorusun. Eləcə də pəhriz saxlayıram. Qida rasionumda çörək, kartof və düyü yoxdur. Arqılamaq istəyirsinizsə, çörək yeməyin".

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər