4 Oktyabr 2015 13:44
1 317
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni İlhamə Qasımova qınaq obyektinə çevrilib. Buna səbəb sosial şəbəkədə paylaşdığı fotoların altında əcnəbi dildə yazdığı rəylərdir.

Publika.az-a danışan sənətçi buna görə bəzi insanların təhqirlərinə tuş gəldiyini bildirib:


“Sosial şəbəkədə paylaşdığım fotoların altından bəzən ingilis dilində rəylər yazıram. Bu da bəzilərini qıcıqlandırır. Buna görə mənə təhqiramiz fikirlər yazırlar. Onlara demək istəyirəm ki, vətənimi və torpağımı sizlərdən çox istəyirəm. Sadəcə olaraq, xaricdə yaşayan dostlarımın anlaması üçün fikirlərimi ingilis dilində ifadə edirəm. Buna da don geyindirirsiniz”.


Müəllif:

Oxşar xəbərlər