Xalq artisti Faiq Ağayev şəxsi həyatı ilə bağlı maraqlı etiraflar edib.
Teleqraf.com xəbər verir ki, xalq artisti bu haqda "Onlar"a bildirib. F. Ağayev qeyd edib ki, hazırda həyatında sevdiyi insan var: "Sevmədən yaşaya bilmirəm. Məni təklik deyil, sevgisizlik düşündürür.
Hazırda həyatımda sevdiyim insan var və ailə qurmağın tərəfdarıyam. Toylar idarə edirəm və istəyirəm ki, ailələrin sayı çox olsun. Amma hazırda yaşadığım münasibət rəsmi adlana bilməz. Təklikdən qorxmaq, amma təkliyə də can atmaq lazım deyil. Elə hallar olur ki, insan özünü toparlamaq üçün tək qalmaq istəyir".
Rəqsanə