Müğənni Günay İbrahimli başqasının sevgilisini əlindən aldığı haqqında yayılan şayiələrə son qoyub.
Teleqraf.com xəbər verir ki, müğənni "Onlar"a heç kimin sevgilisini əlindən almadığını deyib: "Heç kimin sevgilisini əlindən almamışam. Bu mövzuda dostlarımla belə danışmıram. Başımı aşağı salıb işimlə məşğul oluram. Ümumiyyətlə, irəliyə gedən insanları büdrətməyə çalışırlar. Böhtan atmaq istəyirlər. Şəxsi həyatım haqqında danışmaq istəmirəm. Vaxtı gələndə hər şeyi deyəcəm"
Rəqsanə