28 Oktyabr 2015 16:20
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

29 oktyabrda Bakıda Avropa Film Festivalına start veriləcək.

Festivalın təşkilat komitəsindən Teleqraf.com-a verilən məlumata görə, builki festivalın rekord sayda iştirakçısı var. Festivala Avstriya, Belçika, Xorvatiya, Çexiya, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Litva, Portuqaliya, Rumıniya, İspaniya, İsveç, Böyük Britaniya və Azərbaycan filmləri daxildir. Filmlərin nümayişi cari ilin 29 oktyabr tarixindən 6 noyabr tarixinədək 4 fərqli məkanda nümayiş etdiriləcək.

Festivalın açılışında Belçikanın “Turquaz” filmi nümayiş etdiriləcək. Azərbaycanı isə festivalda yazıçı Elçinin eyniadlı pyesi əsasında çəkilən “Qatil” filmi təmsil edəcək.

Biletlər “Park Cinema” kinoteatrlar şəbəkəsinin kassalarından pulsuz əldə edilə bilər. Biletlər məhdud sayda olduğu üçün onları mümkün qədər tez əldə etməyə çalışmaq lazımdır.

Təşkilat Komitəsindən onu da bildirdilər ki, Aİ Nümayəndəliyi hədiyyəli müsabiqə təşkil edir. Bu müsabiqədə festivalın ən yaxşı filmi seçiləcək. Müsabiqənin şanslı qaliblərini möhtəşəm hədiyyələr gözləyəcək.

Nərmin


Müəllif:

Oxşar xəbərlər