1 Dekabr 2015 10:03
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Tünzalə Əliyeva teatrda fəaliyyət göstərmək üçün müraciət edib.

O Teleqraf.com-a bildirib ki, teatrda fəaliyyət göstərmək istəyir: “Yaxın günlərdə “Azdrama”da bir tamaşa təhvil verdik. Teatrdan işləmək üçün dəvət etsələr işləyərəm. Yəqin ki, hələ mənim kimi aktrisaya ehtiyacları yoxdur. Hansı teatrda işləməyimin fərqi yoxdur. Hər bir teatr mənim üçün doğmadır. Onu da deyim ki, işləmək üçün müraciət etmişəm. Aprelə qədər cavab gözləyirəm. Hələ ki, işləmək üçün müraciət etdiyim teatrın adını açıqlamaq istəmirəm”.

Rəqsanə


Müəllif: