Aşıq Samirə bir müddət əvvəl xərçəng xəstəliyindən əziyyət çəkibmiş.
Teleqraf.com xəbər verir ki, ifaçı “Onlar”a peşəkar həkimlər sayəsində xərçəng xəstəliyindən xilas olduğunu deyib: “Allah mənə ikinci dəfə yaşamağı qismət elədi. Ölümdən qorxan insan deyiləm, sadəcə, övladımdan narahat idim. Uşaq kiçik yaşlı olanda adam narahat olur. Düzdür, ölənlə heç kim ölmür, amma yenə də nigaran qalırsan. Ölüm qaşla göz arasındadır. Bu xəstəliyə 7-8 il əvvəl tutulmuşdum. Yaxşı həkimlərin sayəsində sağaldım. Allahın möcüzəsi var. O zaman Allaha yalvarırdım ki, mənə yaşamaq üçün möhlət ver, bundan sonra həyatı sevə-sevə yaşayacam. Var-dövlət, şöhrət boş şeydir”.
Rəqsanə