15 Dekabr 2015 17:36
1 793
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəzən adamı dəli eləyirlər”.

Bu sözləri Teleqraf.com-a əməkdar artist Naibə Allahverdiyeva deyib. O, sənət adamlarının bir-birinə və cəmiyyətin onlara münasibətindən danışıb: “Əvvəllər ziyalılara çox böyük hörmət var idi. İndi elə deyil. Teatrda intriqa, paxıllıq var. Təbii ki, onlar olmasa rəqabət olmaz, yaxşı tamaşalar hazırlanmaz, inkişaf olmaz. Bir dəfə paxıllıqdan aktyorlardan biri tamaşadan əvvəl paltarımı gizlətmişdi. Amma onun hansı həmkarım olduğunu bilmədim”.

Aktrisa səhhətindən də danışıb: “Müalicə üçün martda Türkiyəyə gedəcəm. Bakıda müalicə olundum, amma məni sağalda bilmədilər”.

Rəqsanə


Müəllif: