Rusiyanın "Səs" ("Qolos") yarışmasının qalibi məlum olub.
Müqəddəs Pafnutiev Borovski monastrının monarxı Fotiy birinci yeri tutub. Gecədə onunla birgə Mixayel Ozerov, Olqa Zadonskaya və Era Kan qalib olmaq üçün mübarizə aparıblar.
"Fotiy ata" müğənni Qriqoriy Lepsin komandasında yarışıb.
Qeyd edək ki, Dmitriy Nağıyevin aparıcılığı, müğənnilər Polina Qaqarina, "Basta", Qriqoriy Leps və Aleksandr Qradskiyin münsiflik etdiyi yarışma ORT telekanalında yayımlanırdı./Axşam.az