Əməkdar artist Elza Seyidcahan xalq artisti İlhamə Quliyevaya ikinci şeirini yazıb.
Teleqraf.com xəbər verir ki, əməkdar artisti “İnstagram”da şeiri paylaşaraq yazıb: “Mirzə Ələkbər Sabirin şeirinə Elza Seyidcahandan nəzirə... Xalqımızın saf məhəbbəti, dövlətimizin diqqət və qayğısı ağlımızı başımızdan alıb, bizi çaşdırmasın Ay Allah”.
Şeirin İlhamə Quliyevaya həsr olunduğu ehtimal edilir.
Artıq tamah baş yaranda,
İnsanları milyon manatla hədələyən tamaha...
Tamah əl çək!!!
Əl çək, əl çək, əl çək
Güc, axmaqlıq, qorxaqlıq,
Tamah.
Gic axmaq
Bic yaltaq
Tut dartaq.
Biz sataq?
Bəs bataq?
Bizlər necə tarac olur olsun, nə işin var?
Düşmənlərə möhtac olur-olsun, nə işin var?
Anakonda, anakonda,
Cakonda, Honda,
Yaponda atonda,
Yatdı aton da,
Var onda parakonda?
Əl çək, əl çək, əl çək.
Acgöz adam,
Ağ göz adam,
Qır zəncirini sabahın,
Acgöz adam,
Gör tədbirini sabahın,
Ağ göz adam.
Dünyadan bir zövq alalım.
Bəlalım,
Əl çək, əl çək, əl çək.
Tamah əl çək!
Əl çək, əl çək, əl çək!
Tamah əl çək!
Qızıl əl çək,
Qırıl əl çək,
Zəncir əl çək,
Tamah əl çək.
Tamam əl çək, əl çək, əl çək!
Güc, axmaqlıq, qorxaqlıq, tamah.
Əl çək, əl çək, əl çək!!!
Rəqsanə