Türkiyədə və ölkəmizdə “Həyatı təsbeh etmişəm” mahnısı ilə məşhurlaşan müğənni Fərman Torpaq sevgilisi tərəfindən şantaj olunur.
Keçmiş sevgilisi müğənnini 100 min dollar verməsə, çılpaq şəkillərini mediaya verəcəyi ilə şantaj edir.
Şantaj edildikdən sonra polisə şikayət edən müğənni keçmiş sevgilisinin 5 il müddətinə həbs edilməsini istəyib. İfadəsi alınan qız Fərmanı sevdiyini, onun başqa qızla nişanlanmağına dözməyib belə etdiyini açıqlayaraq,hərəkətlərindən peşman olduğunu bildirib.
Xatırladaq ki, müğənni bir il əvvəl konsert verdiyi məkanda tanış olduğu Türkan K. adlı qızla sevgili olub. Bir müddət sonra Türkandan ayrılan Fərman Torpaq başqa bir qızla nişanlanıb. Buna görə hirslənən Türkan müğənninin çılpaq və yatmış vəziyyətdə olan şəkillərini müğənniyə göndərərək fotoları mətbuata çıxaracağı ilə təhdid edib. (axar.az)