“Yaxın günlərdə Murad Arif deyib ki, mənə heç kim “çaşma” deyə bilməz”.
Teleqraf.com xəbər verir ki, bu sözləri “ATV maqazin onlarla” verilişində xalq artisti İlhamə Quliyeva deyib: “Əgər çaşarsansa, mən sənə deyərəm ki, Murad, çaşma!”.
Xalq artisti səhnədə açıq-saçıq geyinən bəzi ifaçılara da sərt ittihamlar yollayıb: “Baxırsan ki, muğam ifaçısıdır, amma şort, şifon paltar geyinir. Muğam ifaçıları elə geyinə bilməz. Elə geyimlər estrada ifaçılarına yaraşır. Bizim sənət qanunlarımız icazə vermir ki, sən şort geyinib səhnəyə çıxasan və ekranda iri planda göstərəndə, beldən aşağı paltarsız görünəsən”.
İ.Quliyeva kimisə müzakirə edən həmkarlarını da tənqid edib: “Bir də görürsən ki, efirdə onu-bunu müzakirə edirlər. Get güzgünü qabağına qoy, gör, nəyə oxşayırsan? Çənə hissən yox idi, çənə qoydurmusan, burnun nə gündə idi, burnunu əməliyyat etdirmisən. Sən kimdən danışırsan? Kimi müzakirəyə qoyursan? Sən öz tərcümeyi-halını vərəqlə…”
Rəqsanə