8 Fevral 2016 14:49
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva şəxsi həyatı barədə maraqlı açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, model “ATV maqazin onlarla” verilişində hazırda həyatında heç kimin olmadığını deyib: “Ən böyük sevgim oğlumdur. Onun haqqında danışanda gözümün içi parıldayır. Mən sevgi qadınıyam, sevincə çox sevirəm. Aşiq olmaq istərdim. İstərdim qarşıma elə insan çıxsın ki, doğrudan ona aşiq olum, hisslərimiz qarşılıqlı olsun. Hələ elə biri yoxdur. Sevgi bir müddət sonra bitir, amma övlada olan məhəbbət bitmir. Mən gəncəm. Həyatımda birinin olmasını istəyirəm. Bilmirəm qarşıma necə bir insan çıxacaq? Bu hisslərlə bağlıdır. Amma tanınmış insanla ailə qurmaq istəmirəm. Yaxşı təcrübə qazandım. Bu dəfə, inşallah, yanılmaram”.

G.Musayeva türkiyəli aktyor Tolqa Kareldən ayrılıb və cütlüyün bir oğlu var.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər