Müğənni Natavan Həbibi həmkarı əməkdar artist Röya Ayxanla münasibətindən danışıb.
Teleqraf.com xəbər verir ki, sənətçi “Atv maqazin onlarla” verilişində R.Ayxanı ulduz kimi qəbul etmədiyini deyib: “Bir-birimiz üçün heç vaxt ulduz ola bilmərik. Mən onları ilk gündən tanıyıram”.
Müğənni R.Ayxanın “İngilis dilini bilmədiyimə görə qızlar mənə “çuşka” deyirdilər. İngilis dilini bilməklə deyil...İndi mən onların paltarına baxıb deyirəm eh...” sözlərinə də münasibət bildirib: “İndi bizi bəyənməz. Yəqin müasirliyi soyunmaqda görür. Biz qapalı geyinirik. Onunla görüşmürük və ortaq məxrəcimiz, ortaq dostlarımız yoxdur. Hər birimizin öz maraqları var”.
Rəqsanə