Türkiyənin Uludağ əyalətində restoran yaxınlığında 3 ayının zibillikdə yemək axtarması görənlərin böyük marağına səbəb olub.
Teleqraf.com xəbər verir ki, Uludağ meşəsində yaşayan ayılar işıqların yanmasına və səs-küyə baxmayaraq restoranın 25 metrliyinə qədər yaxınlaşıblar. Oradakı zibillikdə qarınlarını doyuran ana ayı və 2 körpəsi təkrar meşəyə qayıdıblar.
Hadisənin şahidləri bunu telefona çəkərək sosial şəbəkələrdə paylaşıblar.
Həmin fotoları təqdim edirik:
Uğur