Xalq artisti Mübariz Tağıyevin konsertinin təşkilatçıları ona problem yaradıblar.
Bu barədə xalq artisti Teleqraf.com-a açıqlamasında danışıb.
Mübariz Tağıyevin sözlərinə görə, ona iki əvvəl söz veriblər: “Yarım il gözlə dedilər, artıq o söhbətin üstündən iki il ötüb. Konsert keçirmək istəyim başıma bəla oldu”.
Onun sözlərinə görə, Azərbaycanda indi konsert təşkil etmək çox çətin məsələdir: “Konsertlə bağlı mənə söz vermişdilər. Deyirdilər ki, tez bir zamanda təşkil edə bilərik. Amma məsələ həddindən artıq uzandı. Artıq bu niyyətimdən əl çəkmişəm”.
Azərbaycanda konsert bazarının olmadığını deyən xalq artisti bu istiqamətdə üzləşdiyi çətinliklərdən danışıb: “Problem onun hazırlıq prosesinin yaxşı təşkil olunmaması və maddi xərclərdədir. Bizdə konsert bazarı yoxdur”.
Nərmin