Xalq artisti Həmidə Ömərova üç ildir baş rolu canlandırdığı serialın kollektivi ilə vidalaşıb.
Teleqraf.com xəbər verir ki, aktrisa ayrılıq anında yaşadığı hissləri “İnstaqram” hesabından paylaşdığı fotolar və yazdığı şərhlərlə belə ifadə edib: “Bir ailəm var… 3 il əvvəl çəkilişlərə belə başladıq… Bu günsə son çəkiliş günümüz oldu. Hamımız rəqs edib, göz yaşlarımızı gizlətməyə çalışdıq. Alınmadı… Axı biz bir ailəyik… Buna necə son qoymaq olar?
Başa düşdük ki, bundan sonra ekranda davam etməsək də, həyatda yenə bir yerdə olacağıq. Axı biz bir ailəyik.
Son çəkiliş günümünüz son saatları… Şəkil çəkdiririk… Bir azdan ağlayacağıq…”
Pərvin